EN

Hərəkətdə olan yük maşınların kütlə parametrləri elektron tərəzilər vasitəsilə yeni qaydada yoxlanılacaq

Bakı. Trend:

Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobilyolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrininhərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsiQaydasında dəyişiklik edilib.

Trend xəbər verir ki, bununlabağlı Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkilinəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşənkütlə parametrlərini ölçən Azərbaycan Avtomobil Yolları DövlətAgentliyinin elektron tərəziləri və foto və ya video qeydiyyatfunksiyalarına malik xüsusi texniki vasitələri ilə, habeləAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdətutulmuş halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarətməntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininəməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil YollarıDövlət Agentliyinin əməkdaşları ilə birgə xüsusi ölçü alətləri,cihazları və tərəzilər vasitəsilə yoxlanılacaq.

Bundan başqa, bütün elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələr, habeləiriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinəicazələrin verilməsi ilə bağlı Azərbaycan Respublikası Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemiAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət YolPolisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiyaedilməlidir.

Məqalədə:
Chosen
6
38
az.trend.az

10Sources