EN

Xəzər dənizində rus kapitan xilas edildi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığı Rusiya Federasiyası bayrağı altında Xəzər dənizində üzən “POLA ANFİSA” yük gəmisinin kapitanı Zhelyazkov Andreyin həyatını qurtarıb.

XəzərNews.az xəbər verir ki,peşəkar və sürətli müdaxilə nəticəsində yük gəmisinin kapitanı sərhəd gəmisinə təxliyə olunub, ilkin tibbi yardım göstərildikdən sonra təhlükəsiz şəraitdə Zirə Limanına çatdırılaraq tibbi yardım briqadasının müşayiəti ilə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.



Xəbər 5 dəfə oxunub.
Chosen
47
2
xezernews.az

10Sources