EN

"Qalatasaray" - "AZ Alkmaar" oyunu təxirə salına bilər

Bakı. Trend:

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarıçərçivəsində bu gün keçirilməli olan "Qalatasaray" - "AZ Alkmaar"matçı təxirə salına bilər.

Trend xəbər verir ki, bubarədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, İstanbuldakı sərt və qarlı hava şəraitisəbəbindən görüşün təxirə salınması ehtimalı var.

Klub oyunun keçirilməsi üçün "Rams Park" stadionunda işləridavam etdririr. Yeni quraşdırılan hibrid ot örtüyünü qorumaqistəyən "Qalatasaray" "AZ Alkmaar"la oyundan əvvəlki məşqini"Florya Metin Oktay Tesisleri"ndə edib.

Bildirilir ki, oyun təxirə salınsa, sabah keçiriləcək. Əgərsabah da görüş üçün əlverişli şərait olmasa, matç növbəti həftətəşkil ediləcək.

Məqalədə:
Chosen
29
5
az.trend.az

10Sources