EN

​"Qalatasaray" Osimheni birdəfəlik transfer edə bilər

"Qalatasaray" "Napoli"dən icarəyə götürdüyü Viktor Osimheni birdəfəlik transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, "Qalatasaray" forvardın transfer pulunun toplanılması üçün azarkeşlərə müraciət edə bilər. Osimhenin transfer haqqı azarkeşlərin dəstəyi ilə formalaşdırıla bilər. Bildirilir ki, bununla bağlı məsələ idarə heyətinin iclasında müzakirə ediləcək. Həmçinin, Türkiyə klubu Osimhenin transferinin büdcəsini formalaşdırmaq üçün Çinin avtomobil nəhəngləri ilə sponsorluq danışıqları aparır. Danışıqlar məhsuldar olsa, "Qalatasaray" əlavə dəstəyə ehtiyac olmadan Osimheni transfer edə bilər.

Qeyd edək ki, “Napoli”, "Qalatasaray"da 24 matçda 24 qola birbaşa töhfə verən Osimhenin sərbəst qalma məbləğini 75 milyon avro olaraq təyin edib. Nigeriyalı ulduzun adı PSJ, “Yuventus”, “Mançester Yunayted” və “Çelsi” kimi Avropa nəhəngləri ilə hallanır.

Chosen
6
25
metbuat.az

10Sources