EN

“Barselona” da yarışa qoşuldu

“Marsel”in hücumçusu Meyson Qrinvud “Barselona”nın marağına səbəb olub.

Futbolpress.az xəbər verir ki, ingilis futbolçu Fransada uğurlu mövsüm keçirir və bu səbəbdən adı getdikcə daha çox Avropa nəhənglərinin transfer hədəfləri arasında hallanır. Jurnalist Ekrem Konurun sözlərinə görə, kataloniyalılar 23 yaşlı futbolçu üçün “Bavariya” ilə yarışacaq. Razılaşma gələn ilin yayında baş tuta bilər.

Meyson Qrinvud bu mövsüm Liqa 1-də 22 matçda 14 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı forvardın dəyərini 35 milyon avro qiymətləndirir.

Chosen
25
futbolpress.az

1Sources