EN

ABŞ-nin bəzi şirkətləri Ukraynaya silah satışını dayandırıb

Amerika Birləşmiş Ştatlarının bəzi şirkətləri Ukraynaya silah satışını dayandırıb.

APA “UNIAN“a istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə və kəşfiyyat komitəsinin sədri Roman Kostenko məlumat verib.

“Məndə olan məlumata görə, ABŞ-dən Ukraynaya satılan silahların tədarükü dayandırılıb. Bu silahları bura ötürməli olan şirkətlər indi gözləyirlər, çünki hələ qərar yoxdur”, - Kostenko qeyd edib.

Silah tədarükün dayandırılmasının səbəbləri hələlik məlum deyil.
Chosen
21
10
sherg.az

10Sources