Bakı. Trend:
Kəskin hava şəraiti ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyitərəfindən zəruri tədbirlər görülür və fasiləsiz xidmət davametdirilir.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtla yanaşı, ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollardagücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyadakeçidlərində əlavə polis naryadları cəlb edilib. Digər dövlətorqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir,yerlərə qum və duz səpilir. Sürücü və piyadaların təhlükəsizşəkildə mənzil başına çatması təmin edilir.
Vətəndaşlardan daxil olan müraciətlərə çevik reaksiya verilir,bütün köməkliklər göstərilir. Bu istiqamətdə işlər fasiləsiz olaraqdavam etdirilir.