Astara rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonunun Kijəbə inzibati ərazi vahidliyinə daxil olan ucqar dağ kəndi Burzubənd kəndində baş verib
Belə ki, fərdi yaşayış evində baş verən yanğın zamanı iki azyaşlı ölüb.
Meyitlər daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Məlumata görə, yanğın ikimərtəbəli evdə olub.
Yanğın zamanı ölən uşaqlar - 7 yaşlı Məmmədov Kənan Xətai oğlu və bacısı 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızıdır.
Babaları 1965-ci il təvəllüdlü Məmmədov İmaməddin Xanağa oğlu isə sol yuxarı ətrafın və bədənin müxtəlif nahiyyələrinin çoxsaylı yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yanğında xəsarət alan digər şəxslər isə 25 yaşlı Rəfiqə Mirzəyeva və 30 yaşlı Xətai Məmmədovdur.
Surxay Şahbazov