HƏMAS Qəzza zolağının cənubunda yerləşən Xan-Yunis rayonunda Qəzza zolağında ölən girovların meyitlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Senzor.az bildirir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, HƏMAS İsraillə mübadilə müqaviləsinin bir hissəsi olaraq həyatlarını itirən dörd girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil verib.
HƏMAS-ın açıqlamasında bildirilir ki, 7 oktyabr hücumunda girov götürülən bu şəxslərin hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub.