EN

Çinli virusoloqlar yeni yarasa koronavirusu aşkar ediblər

Bakı. Trend:

Çin virusoloqları COVID-19 ilə eyni şəkildə insanlara yoluxabilən yeni bir yarasa koronavirusunu aşkar ediblər.

Trend "South ChinaMorning Post"a istinadən xəbər verir ki, bu virus, Honq-Konqdayapon yarasasında tapılan HKU5 koronavirusunun yeni nəslidir.

Nəşr qeyd edir ki, tədqiqat Quançjou laboratoriyasında ÇinElmlər Akademiyasının Quançjou bölməsi, Uhan Universiteti və UhanVirusologiya İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.Tədqiqatın rəhbəri məşhur çinli virusoloq Şi Çjenli olub.

Tədqiqatçılar bildiriblər ki, HKU5-CoV-nin 2-ci nəsli aşkaredilib və təcrid olunub. Bu virus yalnız yarasa ACE2 membranzülalından deyil, həm də insan ACE2 və müxtəlif məməli ACE2ortoloqlarından istifadə edə bilər.

Virusoloqlar, həmçinin, yarasa nümunələrindən təcrid olunmuşvirusun insan hüceyrələrinə sirayət edə biləcəyini müəyyən ediblər.Onlar yarasa merbekoviruslarının birbaşa ötürülmə və ya aralıqsahiblər vasitəsilə insanlara yayılma riskinin yüksək olduğunuxəbərdarlıq edirlər.

Chosen
49
az.trend.az

1Sources