EN

Azərbaycanda satılan “Humana" uşaq qidasında GMO aşkarlandı, məhv edilməsinə qərar verildi

Nəzarət tədbirləri çərçivəsində "Baku Kids Company" QSC tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan “Humana" SL əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Marja xəbər verir ki, sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kq olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm (GMO) aşkarlanıb. 

Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

Məlumat üçün bildirilib ki, ölkəyə idxal olunan bütün uşaq qidaları müvafiq qaydada müayinələrə cəlb edilir, bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.

Genetik modifikasiya olunmuş orqanizmlər (GMO) – müasir gen mühəndisliyi metodu ilə laboratoriya şəraitində genetik materialı dəyişdirilmiş canlı orqanizmlərdir. Bu üsul təbiətdə mövcud olmayan yeni bitki, heyvan, bakteriya və virus genlərinin yeni kombinasiyasını yaradır.

Baku Kids Company Humana genetik modifikasiya olunmuş orqanizmlər
Chosen
15
18
marja.az

10Sources