EN

Rusiya qoşunları bu ərazini də ələ keçirdilər

Rus qoşunları Zaporojye vilayətinin Pyatixatki kəndinin yarısını ələ keçiriblər.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının rəhbəri Vladimir Roqov bildirib.

O deyib ki, rus bölmələri kəndə daxil olaraq orada dayaq yaradıblar.

Roqov vurğulayıb ki, Rusiya qırıcıları Ukrayna qoşunlarının mövqelərinə hava və artilleriya zərbələri endirib.

Chosen
9
publika.az

1Sources