EN

"Fənərbağça"nın qolunu həzm etməyən belçikalılar görün nə etdilər

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Anderlext” – “Fənərbağça” matçı tribunada yaranan iğtişaşlar səbəbindən bir müddət dayandırılıb.

Publika.az xəbər verir ki, hadisə "Fənərbağça"nın ilk qolundan sonra baş verib. Yerli azarkeşlər qolu qeyd edən qonaq fanalara hücum edib. Futbolçular insidentə müdaxilə etməyə, aranı sakitləşdirməyə cəhd ediblər. Hakimlər isə dərhal oyunu dayandırıb. Məcburi fasilə təxminən 20 dəqiqə davam edib.

Qeyd edək ki, sonda görüş 2:2 hesabı ilə başa çatıb. İlk oyunda rəqibini 3 cavabsız qolla məğlub edən "Fənərbağça" mərhələ adlayan tərəf olub.

Heybət

Chosen
5
publika.az

1Sources