Bir müddət əvvəl insult keçirən və xəstəxanada həftələrlə müalicə alan müğənni Nazim Pişiyarı üzə çıxıb.
Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sənətçi bir sıra həmkarlarını və jurnalistləri başına toplayaraq klip təqdimatı keçirib.
Tədbirdən görüntüləri isə qonaqlar sırasında olan Əməkdar artist Vasif Məhərrəmli instaqram səhifəsində paylaşıb.