Kanada komandası Dörd Millət Xokkey Turnirinin qalibi oldu...
Poliqon xəbər verir ki, final görüşündə Con Kuperin rəhbərlik etdiyi komanda ABŞ yığmasından güclü olub. Bostonda, T-Dee Garden meydanında baş tutan görüş kanadalıların əlavə vaxtda 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qaliblərin qollarını Nathan MacKinnon və Sam Bennett vurub. Uduzan komandanın qollarını Bredi Tkaçuk və Ceyk Sanderson vurub.
Edmonton Oilers-in kapitanı Konor MakDevid əlavə vaxtda qələbə qolunu vurub.
Qeyd edək ki, Four Nations turniri fevralın 12-dən 20-dək Monreal və Bostonda keçirilib. Burada ABŞ və Kanada komandaları ilə yanaşı, İsveç və Finlandiya yığmaları da iştirak edib. Rusiya komandası yarışa dəvət edilməyib.
Poliqon.info