Bakı. Trend:
Son dövrlər kibertəhlükəsizlik sahəsində qarşılaşdığımıztəhdidlər artıq daha da qlobal xarakter alıb.
Trend xəbərverir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov bu günBakıda keçirilən “Dövlət Qurumları IT Rəhbərlərinin V ZirvəToplantısı” tədbirində deyib.
O bildirib ki, təhdidlər təkcə texnoloji deyil, sosial və siyasimüstəvidə də özünü göstərir:
"Xüsusən süni intellektlər vasitəsilə edilən kiberhücumlaronlara qarşı mübarizəni daha da çətinləşdirir".
Xəbər yenilənəcək