EN

Azərbaycanda FİFA referilərinin sayı arta bilər - Bleker

AFFA Hakimlər Komitəsinin hədəflərindən ən başlıcası Azərbaycanın beynəlxalq arenadakı təmsilçilərinin sayının artmasıdır.

News24.az xəbər verir ki, bu barədə komitənin sədri Frank De Bleker Teleqraf-a açıqlamasında məlumat verib.

Belçikalı sabiq FİFA referisi hazırda bu məsələ üzərində çalışdıqlarını bildirib:

"Əlbəttə, hədəflərimizdən ən başlıcası beynəlxalq arenada təmsilçilərimizin sayının artmasıdır. Hazırda FİFA hakimlərimizdən ikisi – Əliyar Ağayev və Elçin Məsiyev I kateqoriyada, Kamal Umudlu isə II kateqoriyadadır. Elçin Məsiyev bu ildən birinci kateqoriyaya yüksəldi. İlk dəfədir ki, Azərbaycanın 2 hakimi I kateqoriyadadır. Bu da Azərbaycan hakimlik məktəbi üçün bir uğurdur. Kamal Umudlu isə II kateqoriyadadır".

Qeyd edək ki, bu ildən Ermənistanda FİFA referilərinin sayı 4-ə çatdırılıb. /axar.az


Chosen
2
2
news24.az

3Sources