EN

Ötən il 134 dövlət qulluqçusu haker hücumunun qurbanına çevrilib - İdarə rəisi

Bakı. Trend:

2024-cü il ərzində bir sıra dövlət qurumlarının əməkdaşlarıhaker hücumlarının qurbanına çevrilib.

Trend xəbərverir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidmətinin idarə rəisi Tural Məmmədov bu gün Bakıda keçirilən“Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” tədbirindədeyib.

O bildirib ki, ötən il ərzində 32 dövlət qurumunun ümumilikdə134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib.

"Hesabat ilində hakerlər sızmış dövlət elektron xidmətlərinə aidtərəfimizdən qeydə alınan məxsusi hesabların sayı isə ümumilikdə3798 olub".

Xəbər yenilənəcək

Chosen
17
az.trend.az

1Sources