Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.
Missiya.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, iki nəfərə cərrahi müalicə tətbiq olunub.