EN

Tramp: İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik – ÖZƏL

ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Prezident Donald Trampın hakimiyyətdə olduğu müddətdə İran nüvə silahına sahib olmayacaq.

Olaylar.az xəbər verir ki, "Burada heç kimdə şübhə olmamalıdır. Donald Tramp dövründə nüvə silahına sahib İran olmayacaq," - deyə Rubio jurnalist Ketrin Herricə müsahibəsində bildirib.

Fevralın 4-də Tramp İran üzərində maksimum təzyiq siyasətini bərpa edən sərəncam imzalayıb. Sənəd Vaşinqtonun İranın neft ixracını azaltmaq üçün səylərini gücləndirməsini nəzərdə tutur. Eyni zamanda, ABŞ lideri İran Prezidenti Məsud Pezeşkianla görüş imkanını istisna etməyib və Tehranla "böyük bir razılaşma" əldə etmək istədiyini deyib.

Fevralın 7-də İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların mümkünsüz olduğunu bildirib. O Vaşinqtonun əvvəllər İranı aldatdığını, nüvə sazişi bağladığını, lakin şərtlərinə əməl etmədiyini, İrana qarşı sanksiyaları aradan qaldırmadığını və birtərəfli qaydada sazişi tərk etdiyini xatırladıb.

Fevralın 10-da Tramp Tehranı nüvə silahından çəkindirməyin iki yolu olduğunu vurğulayıb: "Bunu ya bombalarla, ya da saziş imzalamaqla etmək mümkündür." O İranla razılaşma əldə etmək istədiyini də əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
31
olaylar.az

1Sources