Bakı. Trend:
Heydər Əliyev Mərkəzində yeni sərgi təqdim olunacaq.
Trend xəbərverir ki, martın 14-də Heydər Əliyev Mərkəzində belarusluheykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mysteryof the rose”) adlı sərgisi açılacaq.
Sərgidə müəllifin “Yuxulara səyahət”, “Pişik-qız və tısbağarəqsi”, “Yelpik və albalı”, “Ürəklə qız”, “Günəşin uşaqları”, “Hindfili və kəpənəklər” kimi ilk dəfə məhz Bakıda tamaşaçı qarşısınaçıxarılacaq əsərləri də yer alacaq.
1970-ci ildə Belarusda doğulan Andrey Ostaşovun rəssam kimiformalaşmasında Belarus, Rusiya və Avropa incəsənət məktəbinintəsiri olub.
Onun əsərlərində gözəllik mütləqdir və o, artıq yox olmaqda olanestet-filosoflar nəslinə aid rəssamdır. Heykəltaraş Uzaq Şərqregionunun məişət əşyaları və tətbiqi sənəti, samuray və Teddioyuncaq ayılarının, nağıl şahzadələrinin və şamanların təsvirləriilə cəsarətlə oynayır.
Belarus Rəssamlar İttifaqının üzvü olan Andrey Ostaşovunəsərləri Belarusun Milli İncəsənət Muzeyinin daimiekspozisiyasında, Avropa və Asiyada şəxsi kolleksiyalardasaxlanılır.
Heykəltaraşın fərdi sərgiləri Monako, Paris, Pekin,Sankt-Peterburq, Tbilisi, Şanxay, Vyana və s. şəhərlərdə təşkilolunub.
Andrey Ostaşov yaradıcılıq materialları toplamaq məqsədilədünyanın müxtəlif yerlərinə, xüsusilə də Asiya ölkələrinə çoxlusəyahət edir. Müəllifin xüsusi marağı isə insanın daxili aləmidir.Təsadüfi deyil ki, Bakı sərgisi də “Qızılgülün sirri” adlanır. Buçiçək eyni anda zahiri gözəlliyi və mənəvi dərinliyi, əlçatmazlığıvə əzəməti, gücü və həssaslığı özündə birləşdirir. “Qızılgülünsirri” hər kəs üçün fərqli və unikaldır. Heykəltaraş bizi yenidənbu dərin və gözəl səyahətə – öz daxili dünyamıza dəvət edərəkeksponatlarının mənasını tapmağa və bu prosesin iştirakçısınaçevrilməyə çağırır.