EN

Aİ deputatı: Tramp Ukraynaya üç həftə vaxt verib– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı və NATO-ya Ukraynanın kapitulyasiyasını sənədləşdirmək üçün üç həftə vaxt verib. Bu barədə Finlandiyanın Iltalehti qəzeti Avropa Parlamentinin deputatı Mika Aaltolaya istinadən məlumat yayıb.

Trampın fikrincə, Avropa bu məsələni özü həll etməlidir. Əgər üç həftə ərzində qərar verilməzsə, ABŞ Avropadakı qoşunlarını çıxarmağa başlayacaq. Avropa hökumətləri isə rəsmi şəkildə bu iddiaları təkzib edir.

Bundan əvvəl Tramp Vladimir Zelenskini müharibəni maliyyə qazancı üçün davam etdirməkdə ittiham edərək, Ukraynanın dağıldığını və milyonlarla insanın həlak olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
olaylar.az

1Sources