Deputat Vüqar Bayramov seçicilərlə görüş keçirib.
Bu barədə "Cebheinfo.az"a deputat özü məlumat verib.
O bildirib ki, seçicilərlə görüş Füzuli rayonu Şükürbəyli kəndinin sakinləri ilə olub:
"Görüş zamanı 20-dən çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı yerində qərarlar qəbul etdik. Həmyerlilərimizin müraciətləri məşğulluq, ixtisasartırma, mənzil təmiri, vetranlıq statusunun, əlillik dərəcəsinin alınması, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi.
Bir sıra müraciətlər ilə bağlı müvafiq dövlət qurumları əlaqə saxlamaqla görüşdə həllinə dəstək olduq. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan digər məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq".
V.Bayramov əlavə olaraq növbəti görüş haqqında da məlumat verib:
"Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (050 226 80 02) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər".