EN

Rusiya səfiri İrəvanda qəzaya düşdü 

Rusiyanın Ermənistandakı səfirinin avtomobili yol qəzasına düşüb.

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin xidməti avtomobili əlverişsiz hava şəriati ilə əlaqədar qəzaya uğrayıb. Hadisəyə paytaxt İrəvanda yolların buz bağlaması səbəb olub. 

Nəticədə, səfir və sürücü yüngül bədən xəsarətləri alıblar.  Ermənistan mediasının yazdığına görə, onlara lazımi tibbi yardım göstərilib.

"Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur”, - deyə məlumatda bildirilir.

Chosen
15
cebheinfo.az

1Sources