EN

Prostat vəzi xəstəlikləri ilə bağlı 10 yanlış inanc

Prostat vəzi xəstəlikləri ilə bağlı

Prostat vəzi xəstəlikləri haqqında cəmiyyətdə çoxlu yanlış fikirlər mövcuddur. Prof. Dr. Tayfun Şahinkanat bu yanlış təsəvvürlərə aydınlıq gətirərək erkən diaqnoz və düzgün müalicənin vacibliyini vurğulayır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, prostat vəzi xəstəliklərinin yalnız yaşlı kişilərə təsir etdiyi düşüncəsi yanlışdır. Prostat xəstəlikləri əsasən yaşlılarda rast gəlinir, lakin 30-50 yaş arası gənclərdə də prostatit tez-tez görülə bilər. Genetik meyl və digər risk faktorları gənc yaşda da prostat problemlərinə səbəb ola bilər.

Xoşxassəli prostat hiperplaziyası (BPH) yaşla kişilərdə inkişaf edən təbii bir prosesdir və xərçənglə birbaşa əlaqəsi yoxdur. Lakin BPH və prostat xərçəngi oxşar simptomlara malik ola bilər, buna görə də müntəzəm müayinələr vacibdir. Ailə tarixi olan kişilərdə prostat xərçəngi riski daha yüksəkdir və erkən yaşlarda baş verə bilər.

PSA testi prostat xərçəngi riskini qiymətləndirmək üçün önəmlidir, lakin tək başına dəqiq diaqnoz qoymur. PSA səviyyələri infeksiya və ya digər amillər səbəbindən dəyişə bilər. Erkən mərhələdə prostat xərçəngi əlamətsiz ola bilər, lakin irəliləmiş hallarda sidik ifrazında çətinlik, sümük ağrısı və qanlı sidik kimi simptomlar görünə bilər.

Prostat xəstəliklərinin cinsi həyatı tamamilə bitirdiyi fikri doğru deyil. Müalicə və erkən diaqnozla cinsi həyata davam etmək mümkündür. Cərrahi müdaxilə və bəzi dərmanlar cinsi funksiyaya təsir edə bilər, lakin bu, insandan insana dəyişir.

İçməli su sağlamlıq üçün vacibdir, lakin prostat xəstəliklərinin qarşısını almaq üçün kifayət deyil. Sağlam qidalanma, nizamlı idman və siqaretdən uzaq durmaq prostat sağlamlığı üçün daha effektiv üsullardır.

Prostat xəstəlikləri təkcə sidik problemləri ilə məhdudlaşmır. Müalicə olunmayan BPH böyrək çatışmazlığına səbəb ola bilər. Prostat xərçəngi irəliləmiş mərhələdə bel və sümük ağrısı, yorğunluq və çəki itkisi kimi simptomlarla özünü göstərə bilər.

Prostat müayinəsi ağrılı deyil. Rəqəmsal rektal müayinə və qan testləri erkən diaqnoza kömək edir. Buna görə də, müayinələri gecikdirmək olmaz.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
12
1
e-saglam.az

2Sources