EN

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Fevralın 20-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Korrespondent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 83 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Chosen
21
49
korrespondent.az

10Sources