EN

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirildi

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirildi.

Türkiyə təmsilçilərindən “Qalatasaray” doğma meydanda Niderlandın “AZ Alkmaar” klubunu qəbul etdi. "Fənərbağça" isə Belçikada "Anderlext"in qonağı oldu. Hər iki qarşılaşma heç-heçə ilə başa çatdı - 2:2.

    Bu nəticə ilk oyunda 1:4 hesabı ilə uduzan “cim-bom”un avrokuboklarda mübarizəni dayandırmasını rəsmiləşdirdi, evdə "Anderlext"i 3 cavabsız qolla məğlub etmiş “Fənərbağça”nı isə 1/8 finala daşıdı. "Fənərbağça" bu raundda ya Yunanıstanın "Olimpiakos", ya da Şotlandiyanın "Reyncers" klubu ilə qarşılaşacaq. 1/8 finalın püşkatması bu gün keçiriləcək.

    UEFA Avropa Liqası

    Pley-off mərhələsi, cavab oyunları

    20 fevral

    21:45. "Roma" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2

    İlk oyun - 1:1

    21:45. FKSB (Rumıniya) - PAOK (Yunanıstan) - 2:0

    İlk oyun - 2:1

    21:45. "Qalatasaray" (Türkiyə) - "AZ Alkmaar" (Niderland) - 2:2

    İlk oyun - 1:4

    21:45. "Budyo-Qlimt" (Norveç) - "Tvente" (Niderland) - 5:2

    İlk oyun - 1:2

    21 fevral

    00:00. "Real Sosyedad" (İspaniya) - "Midtüllann" (Danimarka)- 5:2

    İlk oyun - 2:1

    00:00. "Anderlext" (Belçika) - "Fənərbağça" (Türkiyə) - 2:2

    İlk oyun - 0:3

    00:00. "Ayaks" (Niderland) - "Union" (Belçika) - 1:2

    İlk oyun - 2:0

    00:00. "Viktoriya Plzen" (Çexiya) - "Ferentsvaroş" (Macarıstan) - 3:0

    İlk oyun - 0:1.



    Chosen
    14
    7
    trt.net.tr

    9Sources