EN

FHN: Nərimanov rayonunda tamet sexi yanıb

Bakı, 21 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 220 kvadratmetr olan tamet sexindəki yanğın havanın küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 220 kvadratmetr olan sexdə soba və rezin qəliblər 70 kvadratmetr sahədə yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.

Chosen
22
9
azertag.az

10Sources