Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qaryağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabirgüclənən şimal-qərb küləyi günün ikinci yarısındamülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MilliHidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın temperaturugecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə vəsəhər yollar buz bağlayacaq. Atmosfer təzyiqi 769 mm civə sütunutəşkil edəcək. Nisbi rütubət gecə və gündüz 70-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivolacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəziyerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dəkisti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16-21°şaxta, gündüz 5-8° şaxta olacaq.
Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.