Tramp Rusiya ilə bazarlıq edir ki, Ukrayna qarşılığında Çinə qarşı iqdisadi mübarizəyə qoşul. Ancaq bir şeyi hesablayaq ki, ölkənin Uzaq Şərq regionu faktiki olaraq Çinin əlindədir. Ural - Sibir bölgəsində gəzirsən , hara baxsan çinlilər obyekt açıb, bütün əsas yerlər onların əlindədir. Çin iş adamları bölgənin zəngin meşə ehtiyatının axırına çıxıb. Həmən bölgədə sinif yoldaşım, qonşularımdan yaşayanlar var. Söhbət edirəm arada, deyirlər çinlilər az qala ağacların kökünü də çıxarıb daşıyırlar. Rusiya ona görə Çinə bu şəraiti yaradıb ki, bölgə investisiya qoysun, bölgə inkişaf eləsin. Təsəvvür edin ki, Yakutiya ərazisi 2 Türkiyə boydadır az qala, əhalisi heç 1 milyona çatmır var. Bu bölgə zəngin təbii sərvətlər, əsasən də qaz ehtiyatı ilə zəngindir. Ancaq insanlar burda səfalət günündə yaşayış, çinlilərin ümidinə qalıblar. Halbuki bölgə müstəqil olsa insanların yaşayış səviyyəsi təbii sərvətlər hesabına Qətəri belə ötüb keçərdi. Moskva bölgəni istismar etməsinə baxmayaq burda normal tikinti - quruculuq işləri görülmür. Son illərdə Kreml tikinti sahəsində əsas diqqəti Çeçenistan və İnquşetiyaya ayırıb. Bu da Sibir və Ural xalqlarında ciddi narazılıq yaradır. Çinin Rusiyada gücü bu qədərdir. Rusiyanın Çindən imtinası Uzaq Şərq bölgəsinin çökməsinə səbəb ola bilər. Onsuzda burda narazılıq pik həddədir. Açıq və net bir şeyi bilmək lazımdır ki, Rusiya dağılacaqsa bu 90 - cı illərdəki kimi Şimali Qafqazdan yox, Uzaq Şərq bölgəsindən olacaq. İndi Tramp Putinə deyir ki, Çindən imtina elə, sənə Ukraynanı verim. Kremldə də buna həvəslənənlər var. Sizcə Rusiya Çindən imtina edə bilər ? Yada öz torpaqlarını çinlilərin ümidinə qoyan bir dövlətin başqa ölkənin suveren ərazisində nə iti azıb ?
Zeynal Əmrəliyev, politoloq