Qarlı havada 24 nəfər xəsarət alıb.
Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb.
23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub, 1 nəfər isə hospitalizasiyadan imtina edib.
Telegram kanalımız