EN

Sədr müşaviri 2,5 milyon dollar udan “Azərlotereya” kluba 500 manat ayırıpsa…

“Azərlotereya” sədrinin müşaviri Mikayıl Nəcəfov lotoreyada 2,5 milyon dollar udub.

Bu barədə “Bizim Salyan” facebook səhifəsində məlumat verilib.

Yeni xəbər izləyicilər arasında birmənalı qarşılanmayıb. Müşavirin uduş əldə etməsi şərhlərdə tənqidlə müzakirə olunub.

Bu, “Azərlotereya” ilə bağlı ilk belə xoşagəlməz informasiya deyil. Şirkət daha əvvəl futbol sektorundakı fəaliyyəti ilə eşidənləri təəccübləndirib.

Belə ki, “Azərlotereya” himayədarlıq etdiyi “Mingəçevir”ə ötən ilyarımda qəpik-quruş verib.

Böyük büdcəyə malik olsalar da, I Liqa təmsilçisinə aylıq 500 manat ayırıblar. Bu biabırçı rəqəmlə nə etmək mümkündür? Əlbəttə, heç nə!

Və 500 manatdan Fatıya tuman olmadı. Əksər futbolçular çıxıb getdi, nəticədə komanda çempionatda çox ağır vəziyyətlə üzləşdi, turnir cədvəlinin son pilləsinə yuvarlandı.

Yaxşı ki, yeni sponsor gəldi, klub “Azərlotereya”nın cəngindən qurtuldu. Hər şey olduğu kimi davam etsəydi, “işıqlar şəhəri“nin təmsilçisi Aşqabad batan kimi batacaq, uzun müddət ayağa qalxa bilməyəcəkdi.

Halbuki “Azərlotereya”nin “Mingəçevir”ə sponsorlq dəstəyi verəndə, hamı fikirləşirdi ki, ağır günlər tezliklə arxada qalacaq, bura gülüstanlığa çevriləcək.

500 manat o deməkdir ki, “Azərlotereya” klubu yola verib, ona barmaqarası yanaşıb.

Hələ onun tərəfindən “Mingəçevir”ə kurator təyin edilən şəxsin fəaliyyəti… Bu da ayrıca araşdırma yazı mövzusudur.

SPORTİNFO.AZ

Chosen
26
sportinfo.az

1Sources