Aktyor Əlixan Rəcəbovun başına iş gəlib.
OLAY yazır ki, Əlixan bildirib ki, qarlı və şaxtalı havada avtomobilini vurub.
Bununla bağlı instaqramda paylaşım edən Rəcəbov hadisəni belə nəql edib:
“Avtomobilimi vurdum. Saxlamaq istəyirdim yol sürüşkən idi deyə, bacarmadım. Birtəhər fırladıb, getdim dəydim qabağımda duran maşına. Sağ olsun sürücü anlayışla qarşıladı, bir-birimizə yaxşı yol arzulayıb, dağılışdıq. Yavaş sürün, diqqətli və anlayışlı olun”.
