EN

FHN hava ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib

FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Fövqəladə Hallar Nazirliyi hazırda ölkə ərazisində müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.

Operativ Media  nazirliyə istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda ölkə ərazisində müşahidə edilən kəskin və yağıntılı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur.

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

 

Chosen
4
2
operativmedia.az

10Sources