Ermənistan Respublikasının ABŞ-dəki səfiri Lilit Makunts Pentaqonda keçirilən görüşdə iştirak edib.
Missiya.Az xəbər verir ki, diplomat bu barədə özünün “X” sosial media hesabında məlumat yayıb.
Onun sözlərinə görə, iclasda İrəvan və Vaşinqton arasında strateji tərəfdaşlıq məsələləri, eləcə də Cənubi Qafqazda sülh prosesi müzakirə olunub.
“Pentaqonda gözəl görüş keçirdim. Biz Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq və Cənubi Qafqazda sülh prosesindən danışdıq. Ermənistan ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyir”, - deyə Makunts vurğulayıb.
Daşqın HəsənovMissiya.Az