EN

Siyavuş Novruzovun qardaşı oğluna vəzifə verildi » AzadMedia.az


Nəcəf Novruzova vəzifə verildi.

O, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

Nazirin müvafiq Əmri ilə Nəcəf Novruzov Bakı Regional Mərkəzinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Nəcəf Novruzov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay əvvəl vəzifəsindən azad olunub.

O, Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur.
Chosen
10
47
azadmedia.az

10Sources