EN

ADY qatarların hərəkət cədvəlinə dəyişiklik edib?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinə baxmayaraq, qatarlar qrafik üzrə hərəkəti davam etdirir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat verib.

Bildirilib ki, qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur:

"Qatarlar qrafik üzrə hərəkəti davam etdirir. Hazırda qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər. Lakin hazırkı vaxtadək qatarların hərəkətində gecikmə qeydə alınmayıb".

Aygün Mirakif

Mənbə: oxu.az

Chosen
2
2
oxu.az

3Sources