EN

"Ukrayna-Rusiya müharibəsində Qərb uduzdu, ABŞ da qazanmaq üçün özünə "sərfəli" sülhə yol açır"

“Hazırda Trampın bir məqsədi də Avropa İttifaqını dağıtmaqdır. Bu səbəbdən də, Avropa İttifaqı həm cəm şəkildə artıq həm NATO, həm də ki, müəyyən bir şəkildə ABŞ-ın təsiri altından çıxmaq siyasəti aparırdı. Hətta Ukraynada olan münaqişədə hədəf ancaq Rusiyanı zəiflətmək deyil, birinci növbədə ABŞ tərəfindən Avropanı çökdürmək, Avropanın daxilində parçalanma prosesləri, çatları əmələ gətirmək idi. Bütün hallarda biz bu gün Ukrayna- Rusiya münaqişəsi haqqında danışsaq, biz görəcəyik ki, bu münaqişədə qazanan tərəf ən çox ABŞ və Rusiya oldu”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, bu münaqişədə uduzan Ukrayna və Avropa oldu.

Şair Şair Ramaldanov

“Bu gün iqtisadi və enerji istiqamətində Avropanın ABŞ-dan asılılığı, böyük müəssisələrin bağlanması və ABŞ-a köçməsi prosesləri sübut edir ki, artıq Avropanın daxilində çatlar əmələ gəlib. Almaniyada "Yeni Almaniya" Partiyasının qələbəsi gündəmdədir. “Yeni Almaniya Partiyası” da Almaniyanın Avropa İttifaqından çıxmaq məsələsi siyasi istiqamətlərindən biri kimi elan edilib. Macarıstanın mövqeyi, Slovakiyanın mövqeyi, Serbiyanın mövqeyi görünən çatlardır”-deyə Şair Ramaldanov qeyd edib.

Hərbi ekspert vurğulayıb ki, Ukrayna ABŞ vasitəsilə Rusiyanın "qalibiyyət" şərtlərini qəbul etməlidir.

“Rusiya başqa şərtlərlə getməyəcək və belə olduğu halda, Avropanın daxilində bu çatlar daha çox əmələ gələcək. Avropanın Rusiyaya qarşı olan sanksiyalarının aradan qaldırılması, Rusiyanın yeddiliyə qəbul edilməsi və s. Bunlar hamısını müəyyən bir şəkildə yeni geosiyasi arenada, yeni proseslərin göstəriciləri kimi qəbul etmək olar”-deyən hərbi ekspert hesab edir ki, Putin öz şərtlərini Avropa Birliyində və Avropa məkanında Trampın qarşısına qoyub.

Şair Ramaldanov qeyd edib ki, sülh şərtlərinin təktərəfli irəli sürülməsi təkcə Avropaya aid olan məsələ deyil: “Trampın dediyi kimi; sülh məsələsi həm geosiyasi, həm enerji məsələləri, həm də Ukrayna məsələsidir. Ukrayna burada önəmli rol oynamır. Öncəlik Ukrayna məsələsi deyil. Prioritet Trampın məqsədinə nail olmaq üçün siyasi perspektivləridir. Bu siyasi perspektivlər də Rusiyanın müəyyən bir şəkildə ABŞ-ın maraqlarına toxunmamaq razılığıdır. ABŞ-ın Ukraynaya yardım etməməklə bağlı seçimi bu proseslərin başlancığıdır”.

Şair Ramaldanovun fikrincə, dünyanın gözləntisi ondan ibarətdir ki, Üçüncü Dünya müharibəsinə yaxınlaşan bir vəziyyət artıq müəyyən şəkildə sülhə doğru, masa arxasında və  siyasi yanaşmalarla davam edilsin.

“Bu da bu gün sadəcə bizim arzularımız ola bilər. Əks halda Tramp istədiyini qazana bilməsə, çox radikal qərarlar qəbul edə bilər. Donald Tramp bu yanaşması ilə seçilir. ABŞ prezidentinin bundan sonra maraqlarına toxunan hansısa başqa bir vəziyyət yaranarsa, biz tam başqa Tramp görə bilərik. Dünya nəinki üçüncü dünyanın reallığını görə bilər, eyni zamanda Üçüncü Dünya müharibəsinin yaxınlaşması prosesi ola bilər”-deyə hərbi ekspert bildirib.

Chosen
23
50
hurriyyet.az

10Sources