“Real”ın sabiq futbolçusu Predraq Miyatoviç Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelottinin klubdan ayrılması gərək olduğunu düşünür.
Arena.az Miyatoviçin bu barədə qənaətini təqdim edir:
“Düşünürəm ki, mövsümün necə başa çatacağından asılı olmayaraq, Ançelotti “Real”ı tərk etməlidir. O, burada artıq uzun müddətdir və həddindən çox qənimət qazanıb. İndi o, nəsə arıtq, nəsə yeni, nəsə inqilabi bir xüsusu çətin ki, təklif edə bilsin”, deyə Miyatoviç bildirib.
Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Rəhbərliyi müddətində Ançelotti “Real”ı 332 oyuna çıxarıb, 239 qələbə, 47 heç-heçə, 46 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 806:318 nisbətindədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.