EN

Maskın oğlunun burnunu sildiyi masanı dəyişdi

ABŞ Prezidenti Donald Tramp Oval kabinetin məşhur "Resolute" masasını dəyişib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "Nyu York Post" məlumat yayıb.

"Tramp İlon Maskın oğlunun bir neçə gün öncə burnunu sildiyi masanı əvəzləyib", - məlumatda qeyd olunub.

Bildirilib ki, məşhur "Resolute" masası 1880-ci ildə Böyük Britaniya kraliçası Viktoriya tərəfindən ABŞ-a hədiyyə edilib. Masa Oval kabinetə 1961-ci ildə qoyulub.

Milli.Az

Chosen
7
milli.az

1Sources