Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, hər bir xalqın, millətin təqdimatında onun dili əhəmiyyətli rol oynayır. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Azərbaycan dili bu tarixi hadisəni yaşadı. Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqinə, bütün böyük klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsinə, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasında ön mövqelərə çıxmasına xüsusi diqqət göstərdi. Azərbaycan xalqı həmişə tarixinə sahib çıxan, milli-mənəvi dəyərlərini, dilini qoruyan və inkişaf etdirən xalq kimi tanınır.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan dilinin qorunması və saflaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər davamlılığı ilə diqqət çəkir. Belə ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən, Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başladı, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yarandı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Azərbaycan dilinin inkişafı, tətbiqi sahəsində atılan addımlar davamlılığı ilə diqqətdədir. Ulu Öndər 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənədlər özündə mühüm çağırışları ehtiva edir. Bu baxımdan ki, Ümummilli Lider daim bildirirdi ki, digər dilləri də öyrənmək lazımdır, amma əvvəl öz ana dilimizi öyrənək, onu yad təsirlərdən qoruyaq.
Millət vəkili son 21 ildən artıq müddətdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması istiqamətində atdığı addımlara da diqqəti yönəldib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları, həmçinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi də bunun bariz nümunəsidir. Dövlət Proqramının icrasında məqsəd Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılması idi. Dövlət başçısı İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da atılan addımların davamlılğını, dilimizin qorunmasının prioritetliyini təsdiqləyir.
8Sources
-
olaylar.azVətənini sevən hər kəs ana dilini sevməli və onun inkişaf etdirilməsinə öz töhfəsini verməlidir - Vüqar Rəhimzadə ( 15629465)
-
az.trend.azVətənini sevən hər kəs ana dilini sevməli və onun inkişaf etdirilməsinə öz töhfəsini verməlidir - Vüqar Rəhimzadə ( 15627125)
-
sia.azVətənini sevən hər kəs ana dilini sevməlidir - Vüqar Rəhimzadə ( 15625083)
-
yenisabah.az“Vətənini sevən kəs ana dilini sevməli və onun inkişaf etdirilməsinə öz töhfəsini verməlidir” ( 15624191)
-
demokrat.azVüqar Rəhimzadə: Vətənini sevən hər kəs ana dilini sevməli və onun inkişaf etdirilməsinə öz töhfəsini verməlidir ( 15622183)
-
bakivaxti.azBeynəlxalq Ana Dili Günü: Dilimizin gələcəyi üçün atılmalı addımlar ( 15621837)
-
olaylar.azVüqar Rəhimzadə: Vətənini sevən hər kəs ana dilini sevməli və onun inkişaf etdirilməsinə öz töhfəsini verməlidir ( 15621427)
-
ikisahil.azVüqar Rəhimzadə: Vətənini sevən hər kəs ana dilini sevməli və onun inkişaf etdirilməsinə öz töhfəsini verməlidir ( 15621211)