Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə oyunu qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi saat 15:00-da başlamayacaq.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb qarlı hava şəraitidir.
Matçın baş hakimi vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.
***
AFFA rəsmi saytı vasitəsilə matçın 17:00-da başlayacağını açıqlayıb.