EN

Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Emin Əmrullayev Abşeron rayonunda vətəndaş qəbulu keçirib...

Poliqon xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qəbulda Abşeron, Sumqayıt, Xızı, QubadlıZəngilan sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Poliqon.info

Chosen
15
17
poliqon.info

10Sources