EN

Əmək pensiyalarının təyin edilməsi qaydaları dəyişilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydalarında dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.
Dəyişikliklə xüsusi rütbəli şəxslərin ailə üzvlərinə, eləcə də, daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ olduqda əmək pensiyaçısına müvafiq əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılacaq.
Chosen
46
2
oxu.az

10Sources