EN

Press-reliz Fevral 2025 Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi (FOTO)

Bakı. Trend:

Yelo Bank kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi vəsahibkarlara dəstək məqsədilə İmişlidə keçirilən Aqrar BiznesFestivalında yer aldı. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığıilə baş tutan festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri”mövzusunda geniş panel müzakirəsi keçirildi.

Paneldə çıxış edən Yelo Bank nümayəndəsi kənd təsərrüfatısahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran suallaracavab verərək, kredit müraciətləri, faiz dərəcələri və maliyyələşməmexanizmləri haqqında ətraflı məlumat verdi. Fermerlərinbizneslərini böyütməsi üçün mövcud maliyyə həlləri və yeni imkanlarmüzakirə olundu.

Festival çərçivəsində keçirilən “Kredit yarmarkası”nda isə Yelokomandası fermerlər və sahibkarlarla birbaşa görüşlər keçirərək,onların ehtiyaclarını dinlədi və potensial əməkdaşlıq imkanlarınımüzakirə etdi.

Yelo Bank fermerlərə və aqrar sahədə fəaliyyət göstərənsahibkarlara dəstək göstərməyə, onların maliyyələşmə imkanlarınıgenişləndirməyə davam edəcək. Bankın fermer təsərrüfatınıgenişləndirmək üçün təklif etdiyi məhsullarla tanış olun: https://bit.ly/ylkmghs

Bank xidmətləri, eləcə də agro kredithaqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin vəya Facebook,Instagram ,Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Press-reliz
Press-reliz
Press-reliz
Məqalədə:
Chosen
21
7
az.trend.az

8Sources