EN

Belçikadan Ukraynaya göndərilməli olan F-16-ların çatdırılması təxirə salınıb

Belçikanın 30 ədəd F-16 təyyarəsindən birincisinin Kiyevə təhvil verilməsi ABŞ-dan F-35 təyyarələrinin çatdırılmasında gecikmələr səbəbindən ən azı 2025-ci ilin sonuna qədər təxirə salınıb.

Herbiand.az bildirir ki, bu barədə Belçika Baş Qərargahının rəisi, Hərbi Hava Qüvvələrinin generalı Frederik Vansina “Soir” qəzetinə müsahibəsində bildirib.

“Ümid edirik ki, bu ilin sonuna kimi ilk təyyarəni [Ukraynaya] təhvil verməyə başlayacağıq”, - Vansina bildirib.

Onun sözlərinə görə, Belçikaya yeni F-35 təyyarələrinin çatdırılması yubandığı üçün bütün tarixlər dəyişdirilir: “2023-cü ildə çatdırılmalı olan təyyarələr yalnız ilin sonunda gəlməyə başlayacaq. Tam əməliyyat hazırlığına isə 2027-ci ildə çıxacaqlar”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
19
50
herbiand.az

10Sources