EN

Çində COVID-19-a bənzər yeni virus aşkar edildi

Çin virusoloqları COVID-19 ilə eyni şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər.

"Unikal" xəbər verir ki, bu barədə "South China Morning Post" yazıb. 

Məlumata görə, virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU5 koronavirusunun yeni ştamıdır.

Tədqiqat Çin Elmlər Akademiyasının Quançjou bölməsinin, həmçinin Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə Quançjoudakı laboratoriyada aparılıb. İşə tanınmış çinli virusoloq Şi Zhengli rəhbərlik edib. 

Virusların insanlara yayılma riski yüksəkdir: "HKU5-CoV-2 adlanan yeni virus daha geniş host diapazonuna və çarpaz infeksiya üçün daha böyük potensiala malik ola bilər". 

Ağarza Elçinoğlu

Chosen
27
unikal.az

1Sources