EN

Əsgəran qala-kompleksinin dizayn layihəsi TƏQDİM OLUNUB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əsgəran qala-kompleksinin dizayn layihəsi, mədəni və təbii irsin qorunması, müasir infrastrukturların yaradılması və turizm potensialının artırılması məqsədilə dörd əsas istiqamətdə hazırlanıb. Bu istiqamətlər "Mədəni və təbii irs", "İnfrastruktur və xidmətlər", "Əyləncə və istirahət" və "Marketinq və təşviqat" adlanır.
Layihəyə əsasən, qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixi parkın yaradılması nəzərdə tutulur. Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin də təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin (piyada və nəqliyyat) hazırlanması planlaşdırılır. Kompleks ərazisində ilin dörd fəslində festival və mədəni tədbirlərin keçirilməsi, idman, istirahət və əyləncə, ticarət, ictimai iaşə və digər sahələr üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.
PhotoStock.Az-ın əməkdaşı Əsgəran qala-kompleksindən fotoreportaj hazırlayıb:
Daha çox foto burada: PhotoStock.Az
Chosen
7
oxu.az

1Sources