EN

Millimizin oyununun saatı dəyişdi

Azərbaycanın qadınlardan ibarət millisinin UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə oyununun vaxtı dəyişdirilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Matç qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi, saat 15:00-da başlamayacaq. Matçın saat 17:00-da başlaması gözlənilir.

Bildirilib ki, baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.

Chosen
24
3
idmanxeber.az

10Sources