EN

"Fiziki məhdudiyyətli şəxslərin peşə hazırlığı və cəmiyyətə inteqrasiyası önəmlidir" – Qubad Qasımov

İstedadlı Əlillər İctimai Birliyinin rəhbəri Qubad Qasımov QHT.az-a açıqlamasında fiziki məhdudiyyətli şəxslərin peşə hazırlığı kurslarına cəlb olunmasının və onların cəmiyyətə inteqrasiyasının əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, peşə kurslarından yararlanan və təhsili yüksək nəticələrlə mənimsəyən şəxslər bu gün müxtəlif sahələr üzrə müstəqil fəaliyyət göstərir:

"Bu gün peşə hazırlığı kurslarını uğurla bitirən şəxslər rəssam, oymaçı, bərbər, aşbaz, toxucu və digər sahələr üzrə peşə sahibi kimi fəaliyyət göstərirlər. Onlar öz işlərini quraraq, əl zəhmətləri ilə hazırladıqları məhsulların satışından əldə etdikləri gəlirlərlə maddi tələbatlarını ödəyirlər."

Qubad Qasımov qeyd edib ki, bu proqramlar fiziki məhdudiyyətli şəxslərin sosial aktivliyini artırmaqla yanaşı, onların yaradıcılıq potensialını üzə çıxarır, bilik və bacarıqlarını inkişaf etdirməyə imkan yaradır.

"Bu yanaşma onların öz potensial imkanları müqabilində həm maddi, həm də mənəvi tələbatlarını ödəməsinə və cəmiyyətin fəal üzvünə çevrilməsinə əhəmiyyətli şəkildə təsir edir," – deyə o bildirib.

 

Pərvanə Fərhadqızı

Chosen
9
qht.az

1Sources